Uşaqlara nağıl seçərkən diqqətli olun!

Uşaqlar nəyin düz, nəyin yanlış olduğunu bilmir, gördüklərini yamsılayırlar. Valideynlərin, müəllimlərin və ya onlara nümunəvi kimi görünənlərin həyat hekayətlərini, səhvlərini belə şüuraltı olaraq öz həyat ssenarilərinə yazırlar. Bəzən bu həyat ssenariləri təsadüfi və məhvedici ola bilər. Lakin nağılların köməyi ilə uşaqlara düzgün davranış modellərini, nümunəvi obrazları, uğurlu həyat ssenarilərini sərgiləmək olar.

Nağıl danışmağın faydası varmı?
«Milana» Psixologiya Nitq İnkşaf Mərkəzinin psixologiya sahəsinin rəhbəri Vəfa Rəşidovanın sözlərinə görə, nağıllar uşaqlıq dövründə eşidilirsə, insan psixologiyasına, şüuraltısına çox böyük təsir göstərir: «Bu, kənardan sadə bir şey kimi görünə bilər. Amma insanın xarakterində, ruh halında, həyata baxış bucağında və şəxsiyyət kimi formalaşmasında nağılların böyük rolu var».
Davamı →

Uşaq rəsmləri nə deyir?

Bəzən biz qohumun uşağı evə gələndə şərait yarananda ona ailəsi haqqında suallar verərək (məs: “atanı çox istəyirsən yoxsa ananı?”) ailəsinə münasibətini öyrənməyə çalışırıq. Əslində isə onların hər etdiyi bizə böyük mesajlar verir. Gəlin sizə uşaqları əyləndirərək onların psixoloji durumunu və ailəsi haqqında məlumat almaqda yardımçı olaq. Bunun üçün biz uşağa ailəsinin rəsmini çəkməsini söyləyə bilərik.

Uşaq rəsm çəkərkən xüsusi bir müdaxilə ( hansısa ailə üzvün və ya orqanı çəkməyi unuda bilər) etməməli, istiqamət verməməliyik. Uşağın ana-ata, bacı-qardaşlarını çəkmə tərzi onlar arasındakı ünsiyyəti göstərir. Bədən üzvlərinin normadan kiçik və ya böyük çəkilməsi, ya da heç çəkilməməsi uşağın ailə fərdlərinə baxış tərzindən, ana-atanın ona olan yanaşma formasına qədər problemlərə işıq tutur. İstərdim əsas hissələri nəzərdən keçirək.
Davamı →

Əvvəl uşaqların atası, sonra uşaqlar!

Hər bir qadın üçün əri — onun yavəri və dayağıdır. Heç kim də əri üçün arvadından daha vəfadar və ürəkyandıran olmaz. Qoymayın ki, mehribanlıq bağları başqa probelmlərə görə sarsılsın. Çünki bir gün görəcəksiniz ki, bu bağlar qılırmış və sizin aranıza böyük bir fasilə düşmüşdür.

Evliliyimizin ilk günlərində niyə bu qədər bir-birimizi başa düşür və bir-birimizə qarşı diqqətli oluruq? Çünki biz bir-birimizi tanımağa və bir-birimizi sevindirməyə çalışırıq. Ancaq həyatda başqa bir sevinclə üzləşən kimi həyat yoldaşımızı yaddan çıxardırıq. Soyuq olmaq, uzaqlaşmaq, bir-birinin yanında susaraq oturmaq yavaş-yavaş bizləri əlçatmaz yerlərə aparar ki, dönməsi çətin olar.

Əvvəl uşaqların atası, sonra uşaqlar! Uşaqlara ərindən daha diqqətli olmaq səhvini adətən qadınlar edir. Ancaq ərləri əksər hallarda analarını övladlarından üstün hesab edərlər.

Həyat yoldaşları ilə rabitələrinin necəliyi övladları ilə rabitəyə təsir qoyar. Hər nə qədər həyat yoldaşı ilə rabitəsi yaxşı olar, övladları ilə rabitəsi yaxşı olar.

Ancaq qadınlar belə deyildir. Dünyaya gələn körpəsi bir qadın üçün o qədər sevimli və əzizdir ki, onu ətrafdakı bütün insanlara qarşı biganə və laqeyd edir. Əlbəttə, övlad tərbiyəsi çox mühümdür. Ananın çox vaxtını alır. Ancaq bu amil bir qadının ərinə qarşı soyuq rəftar etməsinin səbəbi ola bilməz. Uşaqlar gərək öz valideynlərindən örnək alsınlar. Gələcəkdə layiqli həyat yoldaşı olsunlar.

Güman etməyin ki, əgər vaxtınızın hamısını uşaqlarınıza fəda etsəniz, uşaqlar ancaq sizi sevəcəklər. Həyat yoldaşınıza yer qalmayacaqdır. Və düşünməyin ki, bu zaman fədakarlıq etmiş olarsınız. Əksinə, bu yolla övladlarınızı özünüzdən asılı hala gətirərsiniz. Özünüz də bu hala adət etdiyiniz üçün, övladlarınıza gələcəkdə əlavə narahatçılıq yaradarsınız.

Onlar sizdən axır-əvvəl qaçacaqlar. Orta yaşa çatan zaman həsrət sizi bürüyər, peşman olarsınız. Övladlarınız evlənər, sizi sevmələrinə baxmayaraq, onların diqqəti yeni həyatlarında olar. Sizin yanınızda isə boş yerdən başqa bir şey qalmaz. Bəli, bu, sizin vəfasızlığınızın nəticəsidir.

Ona görə də ayıq olun və o zaman ki, hiss etdiniz ki, həyat yoldaşınıza səbriniz çatmır, bütün səylərinizi uşaqlarınıza verirsiniz, bir qədər dayanın və düşünün. Rəftarınızı düzəltməyə çalışın. Əgər rəftarınız dəyişərsə, bu zaman irəli gedə biləcəksiniz.

Səbəbsiz yerə həyat yoldaşınızda eyb axtarmayın. Bu eyblər əvvəllər də onda olmuşdur. Ancaq tənha olan zaman bu eyblərə çox da diqqət etmirdiniz. Həyat yoldaşınızdan soyumağınız sizi eyb axtarmağa vadar edir. Fərz edək ki, bəli, onun eybləri vardır, bəs bu eyblər onu buraxmağınıza gətirib çıxartmalıdırmı? Bu nə sizin xeyrinizədir, nə də övladlarınızın. Çalışın ki, məhəbbət və mehribanlıqla bu işi yoluna qoyasınız. Bu yükün altından qaçmayın.

Bəzən uşaqlarınızı bir yerə qoyub, həyat yoldaşınızla bir yerdə bayıra çıxın və evlilliyin ilk günlərində olduğu kimi bir yerdə addımlayın. Əgər həyat yoldaşın filmə baxırsa, yanında oturun, əgər boşdursa, üzbəüz oturub söhbət edin. Özünüz haqqında və keçmiş şirin xatirələrdən danışın.

Həyat yoldaşınızı yaddan çıxartmayın və onun üçün yaşamağa çalışın.


Davamı →

Uşaq dünyası haqqında filmlər

Dünya kinosunun təşəkkül tarixi ilə üst-üstə düşən Azərbaycan kinematoqrafiyasında uşaq filmlərinin xüsusi yeri var. Bu filmlərdən “Asif, Vasif, Ağasif”, “Qaraca qız”, “Mən mahnı qoşuram”, “Qərib cinlər diyarında”, “Şərikli çörək”, “Ögey ana”, “Skripkanın sərgüzəştləri”, “Bir qalanın sirri”, “Sehrli xalat” və sairlərinin adlarını çəkmək olar.
Bu gün də geniş tamaşaçı auditoriyası tərəfindən sevilə-sevilə baxılan bu filmlərin ictimai məzmun və əhəmiyyəti, mənəvi-tərbiyəvi rolu böyükdür.


Kinorejissor Həbib İsmayılovun “Ögey ana” filminin qəhrəmanı dəcəl İsmayılın (Ceyhun Mirzəyev) personajı ərköyün uşaqlığın mənəviyyatında və zəkasında kök salmış xudbinliyin, tənbəlliyin müsbət keyfiyyətlərlə necə əvəzləndiyini nümayiş etdirir. Nəticədə İsmayıl obrazı uşaqlar üçün mənəvi tərbiyə örnəyinə, mərd, daim yaxşı mənada yaşıdları arasında fərqlənməyə can atan uşaq simvoluna çevrilir.


Ardı →

Balaca balaların ən çox verdiyi suallar

1. Ana, heyvanların quyruğu olur? bəs adamların niyə olmur?
2. Düyüdə niyə xətt var?
3. Ana, balıqlar adamı yeyir?
4. Ata mənə nə alıb?
5. Uşaqlar hardan gəlr? Sən məni hardan almısan? Dükandan?
6. Quşlar niyə uçur? Mən də uça bilərənmi?
7. Xoxan harada yaşayır?
8. Qarqızı Şaxtababanın qızıdı?
9. Məın pişik yeməyi yesəm pişik olacam?
10. Niyə inəklər ot yeyir?

Davamı →